Messinin rekordunu təkrarladı

“Barselona”nın hücumçusu Robert Levandovski çempionlar liqasında Lionel Messinin rekordunu təkrarlayıb.

Allsport.az xəbər verir ki, polşalı forvard turnir tarixində 40 fərqli komandaya qol vuran ikinci futbolçu olub. O, liqa mərhələsinin son turunda “Kopenhagen”i məyus etməklə bu göstəricidə Messiyə çatıb. Siyahıda üçüncü yeri 38 fərqli komanda ilə Kriştianu Ronaldu tutur.

Bu qol Levandovskinin turnirdəki ümumi qol sayını 107-yə çatdırıb.

Həmin kateqoriyadan