- Baxış sayı: 23
- 29 Noyabr 2024 17:32
- Baxış sayı: 141
- Noyabr 28, 2024
- 0
“Qarabağ”ın futbolçusu Miçel “El Comercio” nəşrinə müsahibə verib. Allsport.az xəbər verir ki, 34 yaşlı yarımmüdafiəçi Ağdam təmsilçisini karyerasının ən yaxşı klublarından biri kimi gördüyünü deyib:
“Seçim edən insanam və daha yaxşısını edə biləcəyimi anlayıram. Seçim bir dəfə olur və sənə təcrübə qalır. “Birmingem”ə gedəndə gənc idim. Yunanıstanda isə özümü yaxşı hiss edirdim. İsraildə də yaxşı karyera yaşadığımı deyə bilərəm. İndi isə Azərbaycandayam. Bu, mənim ən yaxşı seçimlərimdən biridir. “Qarabağ”da 5-ci ilimdir və daha 1 mövsümüm qalıb”.
İspan futbolçu Azərbaycan millisində oynamaq üçün təklif almadığını bildirib:
“Bu haqda oxumuşam, amma yalandır. Belə bir məsələ olmayıb”.