- Baxış sayı: 34
- 12 Mart 2026 20:30
- Baxış sayı: 383
- Mart 12, 2026
- 0

“Milan” və “Yuventus” “Brügge”nin müdafiəçisi Maksim de Kuyperlə maraqlanır.
Allsport.az xəbər verir ki, “qoca sinyora”nın skautları 24 yaşlı futbolçunun son matçlardakı çıxışını izləyib.
De Kuyper “Brügge”nin yetirməsidir. Onun Belçika klubu ilə müqaviləsi 2028-ci ilin iyununa qədərdir. Sol cinah müdafiəçisi bu mövsüm bütün turnirlərdə 37 oyun keçirib, 1 qol vurub və 5 məhsuldar ötürmə edib.