- Baxış sayı: 47
- 02 Fevral 2026 23:17
- Baxış sayı: 143
- Fevral 02, 2026
- 0

“Milan” basketbol klubunun mərkəz oyunçusu Coş Nibo zədə səbəbindən yaxın müddətdə komandasına kömək edə bilməyəcək.
Allsport.az xəbər verir ki, 28 yaşlı basketbolçu bud nahiyəsindən zədə alıb. Ötən bazar günü İtaliya çempionatının “Breşiya” ilə matçında xəsarət alan Nibonun vəziyyəti iki həftə sonra yenidən qiymətləndiriləcək.
Coş Nibo cari mövsümdə Avroliqada keçirdiyi 16 oyunda orta hesabla 10,2 xal və 5,1 ribaundla yadda qalıb.