- Baxış sayı: 34
- 05 Dekabr 2025 23:43
- Baxış sayı: 51
- Dekabr 05, 2025
- 0

“Tottenhem”in sağ cinah müdafiəçisi Emerson Royal “Milan”a keçib. Allsport.az saytı xəbər verir ki, tərəflər 2028-ci il iyunun 30-na kimi daha bir mövsüm uzatmaq imkanı ilə müqavilə bağlayıblar.
25 yaşlı braziliyalının transferi İtaliya komandasına 15 milyon avroya başa gəlib. Emerson karyerasına vətənində başlayıb və 2019-cu ildə “Barselona”da başa çatıb.
“Tottenhem” onu 2021-ci ilin yayında alıb. Emerson londonluların heyətində 101 oyun keçirib, 4 qol vurub və 2 məhsuldar ötürmə edib. O, Braziliya millisində 10 oyun keçirib.