- Baxış sayı: 21
- 05 Mart 2026 17:54
- Baxış sayı: 74
- Mart 02, 2026
- 0

17 yaşadək futbolçulardan ibarət Azərbaycan komandası Minskdə təşkil olunan inkişaf kubokunda bu gün üçüncü oyununu keçirib.
Allsport.az xəbər verir ki, U-17 “B” qrupundakı son görüşündə Qazaxıstanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb. Oyun millinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Qolları 57-ci dəqiqədə Əhməd Vəliyev və 66-cı dəqiqədə İmran Süleymanzadə vurub.
Yığma turnir çərçivəsində keçirdiyi ilk iki matçında Rusiyaya (0:3) məğlub olub, İrana (1:0) qalib gəlib.