- Baxış sayı: 55
- 27 Dekabr 2024 16:10
- Baxış sayı: 636
- Yanvar 10, 2025
- 0
Gənclər və idman nazirliyində milli antidopinq agentliyinin rəhbərliyi və mütəxəssisləri ilə görüş keçirilib.
Allsport.az saytı xəbər verir ki, AMADA-nın direktoru Şəfəq Hüseynli idmanda dopinq nəzarətinin əhəmiyyəti, təmiz idman dəyərlərinin və ədalətli idman mühitinin qorunmasının vacibliyi, idman qurumları arasında əməkdaşlığın genişləndirilməsi, bu cür görüşlərin mütəmadi keçirilməsinin əhəmiyyətini qeyd edib.
Agentliyin direktor müavini Elnarə Rəsulzadə milli test proqramının formalaşması, risklərin hesablanması, həmçinin idman qurumları ilə məlumat mübadiləsinin əhəmiyyəti barədə məlumat verib.