- Baxış sayı: 84
- 14 Dekabr 2025 10:00
- Baxış sayı: 127
- Dekabr 19, 2025
- 0


Milli avarçəkmə federasiyasının vitse-prezidenti Kamil Hüseynovun sədrliyi ilə qurumun idarə heyətinin iclası olub. Allsport.az saytı xəbər verir ki, AMAF-ın baş katibi postuna namizədliyi irəli sürülən Fərhad Əliyev iştirakçılara təqdim edilib. Onun bu vəzifəyə seçilməsi ilə bağlı idarə heyəti üzvlərinin səsverməsi keçirilib və yekdilliklə qəbul olunub.
Fərhad Əliyev 2012-ci ilin iyunundan 2022-ci ilin yanvarınadək Azərbaycan velosiped idmanı federasiyasının baş katibi vəzifəsində çalışıb. 2017-2021-ci illərdə Avropa velosipedçilər birliyinin səlahiyyətli nümayəndəsi kimi beynəlxalq federasiyanın konqreslərində səsvermə hüququna malik 15 nümayəndəsindən biri olub. Həmçinin 2018-ci ildən bu günədək BVİ-nin Asiya və Yaxın Şərq ölkələri üzrə texniki kuratorudur.