- Baxış sayı: 39
- 22 Noyabr 2024 22:48
- Baxış sayı: 93
- Noyabr 21, 2024
- 0
Azərbaycan futbolunun azarkeş ordusu “Milli dəstə” AFFA-dan narazı qalıb. Allsport.az xəbər verir ki, AÇ-2020-nin seçmə mərhələsində Uelslə Bakıda keçirilən oyundan sonra qrupun rəhbəri Şamil Mustafayev etiraz edib.
O, britaniyalı azarkeşlərə daha çox bilet satılması, “Milli dəstə” üzvlərinə isə az yer verilməsi və azərbaycanlı fanatlara şərait yaradılmamasından hiddətlənib:
“Uels (səfər) azarkeşlərinə UEFA qaydalarından (5 faiz) artıq bilet ayıran və onlara ən yaxşı sektoru verən şəxs vətən xainidir! 2-ci mərtəbədən sektor vermək olmazdı? UEFA qaydalarına əsasən, 550 oturacaq veriləcəyi halda 1000 oturacaq verməli idiz? Bizə hər cür əziyyət verən, sektorumuzu dəyişən, qanunsuz olaraq barabana son ana qədər icazə verməyən Uelsə belə qonaqpərvərlik göstərmək kimin fikri idi, AFFA?”
Qarşılaşmada Uels 2:0 hesablı qələbə qazanıb. Oyunu 1200 britaniyalı azarkeş izləyib.