Milli komandamız Moldovanı darmadağın etdi

17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması sentyabrın 23-dən Moldovanın Kişinyov şəhərində təlim-məşq toplanışındadır. Allsport.az xəbər verir ki, millimiz ayın 27-nə qədər burada toplanışda olacaq.

Toplanış ərzində yığmamız bu gün moldovalı həmyaşıdları ilə yoxlama oyunu da keçirib. Təbriz Həsənovun baş məşqçisi olduğu komandamız bu oyunda aşağıdakı heyətlə mübarizə aparıb:

Azərbaycan: Murad Popov, Hüseyin Seyliğli, Ricat Qarayev (Aslan Bədəlzadə, 59), Yusif Həsənov, Elçin Əsədov, İbrahim Qədirzadə, Cavidan Qasımlı (Bahadur Həziyev, 59), Cem Murat Akpınar (Oruc Bayramov, 71), Doğukan Oksüz (Samir Əliyev, 73), Pilaga Mehdiyev (Kamran Əliyev, 71), Mətin Gülər (Süleyman Əhmədov, 71).

Matç millimizin 5:1 hesablı qələbəsi ilə başa çatıb. 25-ci dəqiqədə Hüseyin Seyliğli avtoqola imza atıb. Amma cəmi iki dəqiqə sonra Cavidan Qasımlı hesaba tarazlıq gətirib. 40-cı dəqiqədə Mətin Gülər komandamızı hesabda önə keçirib, cəmi bir dəqiqə sonra Cem Murat Akpınar üstünlüyü daha da artırıb. 70-ci dəqiqədə meydan sahibləri avtoqola imza atıblar. 80-ci dəqiqədə isə Samir Əliyev matçda son nötqəni qoyub – 5:1.

Həmin kateqoriyadan