Milli paralimpiya komitəsi beynəlxalq tədbirdə

24-27 oktyabrda Almaniyanın Bonn şəhərində beynəlxalq paralimpiya komitəsinin 30 illik yubileyinə konfrans keçiriləcək. Allsport.az saytı xəbər verir ki, toplantıda ölkəmizi MPK prezidenti İlqar Rəhimovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edəcək.

Tədbirdə paralimpiya hərəkatı və inkişaf yolunda əldə olunan naliyyətlər , Paralimpiya idmanı, sosial həyata təsir göstərən investisiya və görülən işlər, yeni inkişaf və təcrübələrə dair milli paralimpiya komitələrinin təqdimatlarının seçilməsi və BPK-nin yenilənmiş daimi üzvlərinin seçilməsi haqqında məsələlər müzakirə ediləcək.

BPK-nin baş assambleyasında daimi üzvlüyünə qəbul, Tokio-2020 paralimpiya oyunlarına, Pekin-2022 qış paralimpiadasına, Paris-2024 və Los Angeles-2028-ə hazırlıqla bağlı hesabatlar dinləniləcək və müzakirələr aparılacaq.

Səfər müddətində İlqar Rəhimovu komitənin birinci vitse prezidenti Natiq Qasımov və beynəlxalq əlaqələr şöbəsinin müdiri Rüfət Hacılı müşayət edəcəklər.

Həmin kateqoriyadan