- Baxış sayı: 44
- 20 Noyabr 2024 23:12
- Baxış sayı: 97
- Noyabr 19, 2024
- 0
Allsport.az saytı xəbər verir ki, Göygöl rayonunda, Xan yaylağında təşkil olunan tədbirdə gənclər və idman naziri Fərid Qayıbov, Göygöl rayon icra hakimiyyətinin başçısı Elvin Paşayev və digər şəxslər iştirak ediblər.
Açılış mərasimində əvvəlcə milli musiqilərin sədaları altında Türk dövlətləri nümayəndələrinin tarixi geyimlərdə bayraqlarla paradı nümayiş olunub. Daha sonra müxtəlif rəqs nümunələri göstərilib.
Tədbirdə müxtəlif milli idman növləri üzrə xüsusi sahələrdə idmançıların maraqlı çıxışları nümayiş olunub.
Gənclər və idman nazirliyi və Bakı şəhər halqasının birgə təşkilatçılığı ilə yaradılan xüsusi idman zonasında tədbir iştirakçıları voleybol, badminton, minifutbol və digər idman növlərində özlərini sınayıblar.
Tədbir çərçivəsində təşkil edilən “Sağlam həyat” günləri layihəsi iştirakçılar tərəfindən maraqla qarşılanıb. İdman həvəskarları, xüsusən də uşaqlar layihəyə qoşularaq əyləncəli vaxt keçiriblər. Qonaqlar həmçinin nazirlik tərəfindən təşkil edilən hərbi idman oyunlarında da öz qüvvələrini sınayıblar.
Üç gün davam edəcək festival ərzində genişmiqyaslı el şənlikləri olacaq. Tədbirdə yerli təmsilçilərlə yanaşı, xaricdən də çoxsaylı qonaqlar iştirak edir. Festival şərti olaraq üç – mədəni-etnoqrafik, milli yaylaq (idman) oyunları və eko-etnoturizm hissədən ibarətdir.
Festival ilk dəfə 2019-cu ildə Gədəbəy rayonunda, 2-cisi isə 2022-ci ildə Göygöl rayonunda təşkil olunub.