Millimiz FİFA reytinqində 4 pillə gerilədi

FİFA yığma komandaların yeni reytinq cədvəlini açıqlayıb. Allsport.az xəbər verir ki, Azərbaycan millisi yeni siyahıda 4 pillə geriləyib.

Ötən ay 106-cı olan komandamız hazırda 291 xalla 110-cu pillədə qərarlaşıb.

AÇ-2016-nın seçmə mərhələsindəki rəqiblərə gəlincə, onların göstəriciləri belədir: Xorvatiya (14-cü yer, 1037 xal), İtaliya (16, 1012), Bolqarıstan (68, 503), Norveç (69, 496) və Malta (160, 154).

Keçmiş SSRİ ölkələri arasında yığmamız Ukrayna (29, 812), Rusiya (32, 780), Özbəkistan (76, 453), Estoniya (80, 405), Ermənistan (83, 394), Latviya (90, 366), Belarus (97, 335) və Litvadan (109, 301) geri qalır. Əvəzində Moldova (124, 245), Qazaxıstan (145, 184), Gürcüstan (147, 180), Türkmənistan (149, 172), Qırğızıstan (155, 160) və Tacikistandan (158, 155) öndəyik.

İlk onluqda qərarlaşan komandalar isə bunlardır: Argentina (1442), Belçika (1269), Almaniya (1248), Kolumbiya (1224), Braziliya (1209), Portuqaliya (1186), Rumıniya (1176), Çili (1149), Uels (1146) və İngiltərə (1143).

Geridə qoyduğumuz ayın ən yaxşı komandası 17 pillə irəliləyən Fici yığmasıdır. Ən pis göstəriciyə isə Seyşel imza atıb – 7 pillə geri.

Həmin kateqoriyadan