- Baxış sayı: 26
- 01 Aprel 2026 13:21
- Baxış sayı: 805
- Mart 30, 2026
- 0
FIFA milli komandaların yeni reytinq cədvəlini açıqlayıb. Allsport.az xəbər verir ki, yığmamız ötən siyahı ilə müqayisədə 2 pillə irəliləyərək 112-ci sıraya yüksəlib.
Millətlər liqasında evdə Lüksemburqa 1:2 hesabı ilə uduzan, səfərdə Kiprə 1:0 hesabı ilə qalib gələn Canni De Byazinin komandası hesabına 2 xal əlavə edib. Hazırda millimiz 1179 xalla 112-ci pilləni Nigerlə bölüşür.
Siyahıya 1773 xalla Belçika başçılıq edir. Fransa 2-ci (1744), Braziliya 3-cüdür (1712).