- Baxış sayı: 94
- 12 Dekabr 2025 17:20
- Baxış sayı: 97
- Dekabr 15, 2025
- 0

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa Liqasında yer aldığı “B” qrupunda 3-cü matçını da qələbə ilə başa vurub. Allsport.az saytı xəbər verir ki, Çernoqoriyada təşkil olunan yarışda növbəti rəqib İspaniya komandası olub. Görüş voleybolçularımızın üstünlüyü şəraitində keçib – 3:1 (25:16, 23:25, 25:17, 25:16).
Qızlarımız ilk 2 oyununda Fransa və ev sahibələrinə 3:0 hesabı ilə qalib gəlmişdi. “B” qrupunda 2-ci dövrənin görüşləri 10-12 iyunda Fransada keçiriləcək.
Turnir cədvəli: Azərbaycan – 9 xal (9-1), Çernoqoriya – 3 (3-3), İspaniya – 2 (4-8), Fransa – 1 (2-6)