Millimiz Niderlandla matça 16 oyunçu ilə hazırlaşır

Futzal üzrə Azərbaycan milli komandası dünya çempionatının elit-raund mərhələsinə hazırlıq məqsədi təlim-məşq toplanışına başlayıb.

Allsport.az xəbər verir ki, hazırlıq məqsədi ilə dekabrın 11-dən 17-dək Bakıda, dekabrın 18-dən 20-dək isə Niderlandda təlim-məşq toplanışı olacaq. 

Hazırlığa 16 futzalçı çağırılıb. 

Qapıçılar: Emin Kürdov (“Araz-Naxçıvan”), Rövşən Hüseynli (“Atırau”, Qazaxıstan)
Oyunçular: Emil Həsənzadə, Xəzər Ağalızadə, Novruz Kazıxanov, Amaedu (hamısı “Araz-Naxçıvan”), Amir Şojaei, Fərid Atakişiyev, Ülvi Əliyev, Mirzə Əmirov (hamısı “Neftçi” İK), Tofiq Mikayılov, Oktay Rüstəmli, Nihad İsmayılov (hamısı “Baku Fire”), Rafael Vilela (RSC Andelext, Belçika), Hadi Ahmedi (“Aktobe”, Qazaxıstan), Felipinyo (“Kancil”, İndoneziya) iştirak edirlər. 

Qeyd edək ki, yığmamız dekabrın 15-də Rumıniya ilə, 5 gün sonra Niderlandla üz-üzə gələcək. 

Həmin kateqoriyadan