- Baxış sayı: 8
- 05 Fevral 2026 10:00
- Baxış sayı: 174
- Fevral 04, 2026
- 0

Tovuzda “Turan Tovuz” futbol akademiyasında təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət millimiz hazırlıq çərçivəsində növbəti yoxlama oyununu keçirib. Allsport.az xəbər verir ki, “Qəbələ”nin U-19 komandası ilə qarşılaşan yığmamız 2:3 hesabı ilə məğlub olub.
U-17-nin qollarını penaltidən Sənan Ağalarov və İbrahim Ağayarov vurub. Millimiz hazırlıq çərçivəsində son oyununu martın 2-də “Kəpəz”ə qarşı keçirəcək.
Yığmamız ilk sınağında “Turan Tovuz” komandasını 2:0 hesabıyla üstələmişdi.