- Baxış sayı: 43
- 20 Noyabr 2024 17:34
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
Qadın voleybolçulardan ibarət millimniz 4-cü İslam həmrəyliyi oyunlarına, dünya çempionatının seçmə və Avropa çempionatının final mərhələlərinə hazırlığını davam etdirir. Allsport.az saytı xəbər verir ki, komanda hazırda Sloveniyada təlim-məşq toplanışındadır. Məşqçilər heyətinin qərarına əsasən, yığmanın 12 oyunçusu Maribora aparılan əsas heyətə daxil edilib.
Mayın 2-dək keçiriləcək hazırlıqda Faiq Qarayevin rəhbərliyi ilə millinin əsas üzvləri – Valeriya Məmmədova, Aynur Kərimova, Yelizaveta Səmədova, Marqarita Əzizova, Kristina Yaqubova, Anastasiya Qurbanova, Anastasiya Şaş, Yekaterina Jidkova, Ayşən Abduləzimova, Oksana Kiselyova, Olena Həsənova və Ceyran Əliyeva iştirak edir. Komandamız bir neçə hazırlıq görüşü keçirməyi planlaşdırır. Legionçularımız hələ komandaya qoşulmayıblar.
Bakıya qayıtdıqdan sonra yığmamız mayın 4-də paytaxtımıza gələcək Belarus millisi ilə iki yoldaşlıq matçına çıxacaq. Bakı-2017-nin iştirak ərizəsinə düşəcək qadın voleybolçuların adları bu yoldaşlıq görüşlərindən sonra məlum olacaq.
Millinin ehtiyat qüvvəsi olan Yana Əzimova, Anita Bredis, Yuliya Kərimova, Kseniya Pavlenko, Anastasiya Bessonova, Anastasiya Baydyuk, Leyla Parşkova, Nelli Salbişvili, Leysan Lyovkina, Nərminə Musayeva, Yuliya Pşeniçnıx, Yelena Yakımçuk və Ülkər Kərimovadan ibarət gənclər komandası isə Qubada təlim-məşq toplanışındadır. Onlar məşqlərini türkiyəli mütəxəssis Adnan Kistakın rəhbərliyi ilə keçirlər.
Qeyd edək ki, 4-cü İslam həmrəyliyi oyunlarında ölkəmizi 7 hakim də təmsil edəcək.