- Baxış sayı: 31
- 05 Dekabr 2025 23:43
- Baxış sayı: 49
- Dekabr 05, 2025
- 0

19 yaşadək futbolçulardan ibarət millimiz növbəti yoxlama oyununu keçirib. Allsport.az xəbər verir ki, “Turan Tovuz” futbol akademiyasında təlim-məşq toplanışında olan yığmanın rəqibi “Turan Tovuz” komandası olub.
Millimiz bu oyunda 5:1 hesabı ilə qələbə qazanıb. U-19-un qollarını dubla imza atan Ağadadaş Salyanski, eləcə də Zöhrab Əsədov, Kamal Kazımov və Mahmud Ağayev vurub.