Millimiz üçün “Qarabağ”a uğursuz olmuş hakim

Azərbaycan millisinin DÇ-2022-nin seçmə mərhələsində Portuqaliya ilə qarşılaşacağı oyunun təyinatları açıqlanıb. Qarşılaşmanı Almaniyadan olan hakimlər briqadası idarə edəcək.

Allsport.az xəbər verir ki, görüşün baş hakimi Daniel Zibert olacaq. Ona yan xətt hakimləri Yan Zaydel və Rafael Foltin kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Saşa Stegemann yerinə yetirəcək.

Daniel Zibert ilk dəfə Azərbaycan millisinin oyununu idarə edəcək. O, indiyədək 34 beynəlxalq matç idarə edib.

36 yaşlı referi 2015-ci ildən FIFA referisidir. O, 2012/13 mövsümündən Bundesliqa matçlarına baş hakim kimi təyinat alır.

Zibert 2019/20 mövsümündə Çempionlar Liqasının III təsnifat mərhələsinin “Qarabağ” – APOEL (Kipr) cavab matçını idarə edib. Həmin görüşdə 0:2 hesabı ilə uduzan Ağdam klubu mübarizəni dayandırmışdı.

Martın 24-də İtaliyada keçiriləcək Portuqaliya – Azərbaycan matçı saat 23:45-də start götürəcək.

Həmin kateqoriyadan