Millimizin 3-cü olmaq imkanı qalır

U-21-dən ibarət milli komandalar arasında AÇ-2017-nin seçmə mərhələsində Azərbaycanın yer aldığı qrupda növbəti oyun keçirilib. Allsport.az saytı xəbər verir ki, Finlandiya yığması doğma meydanda Avstriya komandası ilə qarşılaşıb.

Qonaqlar səfər matçından qələbə ilə ayrılıblar – 1:0. Nəticədə, Azərbaycan seçməsinin bu qrupda 3-cü olmaq imkanı qalıb. Millimiz sentyabrın 6-da doğma meydanda Farer adaları ilə üz-üzə gələcək.

Turnir cədvəli: Almaniya – 21 xal (7 oyun), Avstriya – 18 (7), Finlandiya – 12 (7), Azərbycan – 7 (8), Rusiya – 7 (7), Farer adaları – 0 (8).

Həmin kateqoriyadan