Millimizin futbolçusuna 1300 dollarlıq keyfiyyətsiz mal satıblar

Millimizin hücumçusu Ruslan Qurbanov aldadıldığını açıqlayıb. Allsport.az xəbər verir ki, 28 yaşlı futbolçunun 1300 dollara aldığı gödəkçə və idman ayaqqabısı keyfiyyətsiz olub:

“Hamımız gözəl geyinməyi xoşlayırıq. Yaxşı görünmək istəyirik. Orijinal bir şey almaq istəyən insanı onun görünüşü daha çox maraqlandırır. Başa düşmürlər ki, məhsulun yalnız adına görə pul ödəyirlər. Ötən il “Armani”dən 500 dollara idman ayaqqabısı almışdım. Heç bir il keçmədi rəngini dəyişdi. Ordan 800 dollara aldığım gödəkçə isə yırtıldı və atdım”.

Həmin kateqoriyadan