- Baxış sayı: 36
- 04 Fevral 2026 23:39
- Baxış sayı: 169
- Fevral 04, 2026
- 0

Avropa çempionatının seçmə mərhələsi çərçivəsində İspaniya və Moldova yığmalarına qarşı keçiriləcək oyuna hazırlıq məqsədilə Bakıda təlim-məşq toplanışında olan qadın futbolçulardan ibarət Azərbaycan millisinin heyətində dəyişiklik baş verib. Allsport.az xəbər verir ki, Rusiyanın “Zenit” klubunun üzvü Jalə Məhsimovanın əvəzinə toplanışa Lamiyə Əlizadə (8-iOEUGiM) dəvət olunub.
İspaniya ilə qarşılaşma fevralın 18-də, Moldova ilə oyun isə ayın 23-də təşkil olunacaq. Hər iki qarşılaşma ASK Arenada keçiriləcək.