Millimizin keçmiş üzvü: Pilates, hərəkətlərin korreksiyası, 3D fitnes və miofasiyal dartınmanı öyrədirəm

Millimizin və “Azəryol”un keçmiş voleybolçusu Anita Bredis karyerasını başa vursa da, peşəsindən tam ayrılmayıb. Azərbaycanlı idmançı xeyli müddətdir “Basi Pilates Baku” studiyasında çalışır. Düzdür, karantinlə əlaqədar, hələlik o, tam gücündə çalışmır, amma dərsləri internet üzərindən yürüdə bilir – pilates, hərəkətlərin korreksiyası, 3D fitness, miofasiyal dartınmanı öyrədir. Allsport.az saytına açıqlamasında, 28 yaşlı gözəlçə fəaliyyətinin yeni olduğunu, bunun fitness və ya aerobika bənzəmədiyini deyib:

“Pulsuz reklamlarım vardı. Eləcə də, evsiz heyvanlar fondu üçün bir aksiya keçirdik. Qalan şeylər ödənişlidir. Hər halda, bu məinm işimdir (gülür). Söylədiyimin aerobika ilə heç bir əlaqəsi yoxdur, bu dəqiqdir, o ötən əsrdir (gülür). Məndə ayrı istiqamətdir – məşqlər daha çox elmi tədqiqatlara əsaslanır və hər birinə uyğun qurulub. Yekunda, zədədən və ya digər pozuntudan sonra reabilitasiya”.

Həmin kateqoriyadan