Millimizin məşqçisinin izlədiyi oyun futbolçumuz üçün uğursuz bitdi

Almaniya Qərb Regional Liqasında 11-ci turun oyunları keçirilib. Allsport.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Toğrul Əratın komandası – “Fortuna”nın 23 yaşlıları da növbəti matçına çıxıb.

Düsseldorf təmsilçisinin ikinci komandası səfərdə Münhenqladbax “Borussiya”sının U-23-ü ilə qarşılaşıb. Görüş futbolçumuzun komandasının 1:2 hesablı məğlubiyyəti ilə başa çatıb. Start heyətdə meydana çıxan Ərat sonadək mübarizə aparıb.

Qeyd edək ki, Toğrulun komandası hazırda 13 xalla 19 klub arasında 11-ci pillədə qərarlaşıb.

Sonda onu da bildirək ki, bu oyuna Toğrulu yaxından izləmək üçün Münhenqladbaxa gedən millimizin məşqçisi Qordan Tsipriç də tribunadan baxıb.

Həmin kateqoriyadan