Millimizin sabiq futbolçusu sıraya döndü, komandası 1 xal qazandı

Türkiyə PTT 1-ci liqasında 10-cu turun oyunları keçirilib. Allsport.az xəbər verir ki, Azərbaycan yığmasının sabiq müdafiəçisi Ufuk Budağın komandası – “Qaziantep BB” də növbəti matçına çıxıb.

Sözügedən klub doğma meydanda “Şanlıurfaspor”la qarşılaşıb. Matç 1:1 hesabı ilə başa çatıb. Ötən tur oynamayan Budaq bu görüşdə 90 dəqiqə meydanda olub.

Qeyd edək ki, “Qaziantep BB” hazırda 18 xalla 2-ci pillədə qərarlaşıb.

Həmin kateqoriyadan