- Baxış sayı: 148
- 21 Oktyabr 2025 19:23
- Baxış sayı: 148
- Fevral 02, 2026
- 0
Türkiyə Kubokunda ikinci təsnifat mərhələsinin oyunları keçirilib. Allsport.az xəbər verir ki, Azərbaycan yığmasının sabiq müdafiəçisi Ufuk Budağın komandası – “Qaziantep BB” də kubokda ilk matçına çıxıb.
Sözügedən klub doğma meydanda aşağı liqa təmsilçisi “Tuzlaspor”la qarşılaşıb. Matçın əsas vaxtı 1:1 hesabı ilə başa çatıb. Əlavə vaxtda da qalib müəyyənləşmədiyindən, qalibi penaltilərlə müəyyənləşdirmək lazım gəlib. Penalti zərbələrini daha dəqiq yerinə yetirən aşağı liqa təmsilçisi 4:3 hesabıyla qalib gələrək, futbolçumuzun komandasını kubokdan kənarlaşdırıb. Baş məşqçi Hakan Kutlu əsas heyət oyunçularından olan Budağın adını bu matçın iştirak ərizəsinə daxil etməyib.