- Baxış sayı: 15
- 31 Mart 2026 15:25
- Baxış sayı: 686
- Mart 30, 2026
- 0
Azərbaycan yığmasının sabiq müdafiəçisi Ufuq Budağın çıxış etdiyi Türkiyənin “Qaziantep BB” klubu baş məşqçisiz qalıb. Allsport.az xəbər verir ki, klub rəhbərliyi baş məşqçi Hakan Kutlu ilə yolları ayırmağa qərar verib.
Tərəflər qarşılıqlı razılıq əsasında ayrılıblar. Hələlik, komandanın yeni baş məşqçisinin kim olacağı bilinmir.
Qeyd edək ki, “Qaziantep BB” Türkiyə PTT 1-ci liqasında çıxış edir və 21 xalla 7-ci pillədə qərarlaşıb.