- Baxış sayı: 29
- 05 Dekabr 2025 23:43
- Baxış sayı: 48
- Dekabr 05, 2025
- 0

Millimizin üzvü Bəhlul Mustafazadə “Sabah”dan ayrıla bilər.
Allsport.az xəbər verir ki, 22 yaşlı müdafiəçi Şotlandiyanın “Seltik” və İngiltərənin “Sanderlend” klublarının maraq dairəsindədir. Böyük Britaniya təmsilçiləri Mustafazadəni qış transfer pəncərəsində almaq istədikləri oyunçuların siyasına daxil ediblər.
“Seltik” qışda bir mərkəz müdafiəçisi almaq fikrindədir. “Sanderlend” isə uzun müddətdir Bəhlulu izləyir.
“Sanderlend” İngiltərə I Liqasında (səviyyəcə 3-cü divizion) mübarizə aparır. Komanda 24 turdan sonra 32 xalla 23 komanda arasında 13-cü sırada qərarlaşıb.