- Baxış sayı: 39
- 01 Aprel 2026 01:00
- Baxış sayı: 790
- Mart 30, 2026
- 0

U-21 millimizin futbolçusu Ozan Can Kökçü açıqlama verib. Allsport.az xəbər verir ki, müqavilə ilə “Sabah”a məxsus olan və bir neçə gün öncə Niderlandın “Telstar” klubuna icarəyə verilən futbolçu keçidi barədə danışıb:
“Yenidən Niderlanda qayıtdığım üçün sevinirəm. “Telstar” əla futbol oynayır. Keyfiyyətli komandaya gəlmişəm. Əvvəllər də Niderlandda oynadığım üçün bu komandanı yaxşı tanıyıram. Burada yaxşı 6 ay keçirəcəyəm. Düşünürəm ki, burada oynamaq mənə müsbət təsir edəcək. Çempionatın səviyyəsi yüksəkdir və bu, mənim inkişafıma kömək edəcək”.
“Sabah” Ozanı “Telstar”a mövsümün sonunadək icarəyə verib.