- Baxış sayı: 36
- 01 Aprel 2026 01:00
- Baxış sayı: 788
- Mart 30, 2026
- 0
Almaniya 3-cü bundesliqa təmsilçisi “Proyssen”də oynayan millimizin üzvü Rüfət Dadaşov karyerasını Vyetnamda davam etdirəcək.
Allsport.az xəbər verir ki, 28 yaşlı hücumçunun “Nam Din” klubuna transfer olacağı gözlənilir. Keçidin yaxın günlərdə rəsmiləşəcəyi iddia olunur.
Rüfət Dadaşovun “Proyssen”lə müqaviləsi mövsümün sonunda başa çatır.