- Baxış sayı: 22
- 31 Mart 2026 13:31
- Baxış sayı: 659
- Mart 30, 2026
- 0

21 yaşadək futbolçulardan ibarət Finlandiya millisinə Azərbaycan yığmasına qarşı keçirəcəyi Avropa çempionatının seçmə oyunu üçün cəzalı futbolçu çağırılıb.
Allsport.az xəbər verir ki, bu, Xorvatiyaya evdə 0:2 hesabı ilə uduzduqları matçda birbaşa qırmızı vərəqə alaraq meydandan qovulmuş Anssi Suhonendir. UEFA-nın 20 yaşlı yarımmüdafiəçiyə 1 və 2 oyunluq cəza verəcəyi hələlik bəlli deyil.
Oktyabrın 8-də Azərbaycanın qonağı olacaq Finlandiya yığması 4 gün sonra Avstriyanı qəbul edəcək. İlk matçı buraxacağı dəqiqləşən Anssi Suhonenin ikinci matçda iştirakı isə sual altındadır.