Millinin heyəti açıqlandı

19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yanvarın 14-dən 17-dək Bakıda, 18-dən 28-dək Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışnda olacaq. 

Allsport.az xəbər verir ki, yığma yanvarın 25-də və 27-də isə Makedoniyanın müvafiq yaş qrupundan ibarət komandası ilə yoldaşlıq oyunları keçirəcək. 

Baş məşqçi Samir Əliyev hazırlıq prosesi üçün 23 oyunçuya dəvət göndərib:

Rüstəm Samiqqulin, Nemət Musayev, Nazim Həsənzadə, Balamirzə Sultanov (hamısı “Sabah”), Vüsal Şabanov (“Zaqatala”), Muşviq Nadirov, Nemət Şixamirov, Rüfət Əhmədov, Tural Nəsirov, Samir Məhərrəmli, Veysəl Rzayev (hamısı “Qəbələ”), Emil Bayramov (“Obolon” Kiyev, Ukrayna), Şamil Cəfərov, Elvin Əliyev  (hər ikisi “Səbail”), Şirin Şirinov, İbrahim Novruzov, Samir Abdullayev (hamısı “Keşlə”), Raul Musayev (“Zirə”), Fərid Yusifli (“Neftçi”), Asif Mirzəyev (“Torpedo Moskov, Rusiya), Elçin Qasımov (“Turan Tovuz”), Mustafa Yıldırım (“Alanyaspor” Turkiyə), Camal Cəfərov (“Anji” Mahaçkala, Rusiya).

Həmin kateqoriyadan