Millinin heyəti bilindi

18 yaşadək futbolçulardan ibarət Azərbaycan komandasının Belarusun paytaxtı Minskdə keçiriləcək beynəlxalq inkişaf turniri üçün yekun heyəti müəyyənləşib.

Allsport.az xəbər verir ki, turnirdə 8 komanda 2 qrup üzrə yarışacaq.

Millimiz “B” qrupunda Belarus, Rusiya və Özbəkistan kollektivləri ilə mübarizə aparacaq.

U-18-in yekun heyətini nəzərinizə çatdırırıq:

Nr. Adı / SoyadıKlub
1Nurəziz ƏzizovNeftçi
2Bilal HacıyevQarabağ
3Uğur QurbanlıQarabağ
4Rəşad GülüşovSabah
5Atacan MəmmədovMarcet (İspaniya)
6Səttar TahirzadəMarcet (İspaniya)
7Muhamməd ÇodarovMarcet (İspaniya)
8İsmayıl SəfərliNeftçi
9Amin RzayevQarabağ
10Sahib XəlilliNeftçi
11Eldar AbbasovQarabağ
12Raul İsaqovKəpəz
13Nihad HüseynzadəSabah
14Musa MustafayevZirə
15İbrahim XəlilovSabah
16Samir ŞərifovSabah
17Pünhan KərimovMarcet (İspaniya)
18Emin SüleymanovNeftçi
19Əli BəşirovQarabağ
20Kamal ZülfiyevSumqayıt
21Nicat KərimovSabah

19 fevral

13:50. Azərbaycan – Rusiya

20 fevral

14:20. Azərbaycan – Özbəkistan

21 fevral

16:40. Belarus – Azərbaycan

Oyunların başlanma saatı Bakı vaxtı ilə göstərilib.

Fevralın 23-də həlledici oyunlar keçiriləcək. Qrupların qalibləri finalda, ikinciləri üçüncü yer uğrunda, üçüncüləri beşinci yer uğrunda, dördüncüləri isə 7-ci yer uğrunda görüşdə üz-üzə gələcəklər.

Həmin kateqoriyadan