- Baxış sayı: 32
- 05 Dekabr 2025 12:55
- Baxış sayı: 54
- Dekabr 05, 2025
- 0

Avstriyada təlim-məşq toplanışında olan Azərbaycan millisi bu gün növbəti yoxlama oyununa çıxıb. Allsport.az saytı xəbər verir ki, Robert Prosineçkinin komandası bu dəfə Kanada ilə münasibətlərinə aydınlıq gətirib.
Bu toplanışda Andorra ilə qolsuz bərabərliyə razılaşan, Makedoniyaya 1:3 hesabıyla uduzan “ay-ulduzlular”ımız hazırlığı qələbə ilə başa vura bilməyib.
Görüşdə hesabı ilk yarının sonlarında kanadalılar açıblar. Amma fasilədən bir qədər sonra komandamız hesaba tarazlıq gətirməyi bacarıb. Qalan dəqiqələrdə tərəflər fərqlənə bilməyincə, qarşılaşma heç-heçə başa çatıb – 1:1.