- Baxış sayı: 31
- 07 Dekabr 2025 10:00
- Baxış sayı: 225
- Dekabr 05, 2025
- 0

Premyer liqanın 22-ci turu “Neftçi”nin 2 futbolçusu üçün əlamətdar olub. Allsport.az saytı xəbər verir ki, hücumçu Mirabdulla Abbasov 50-ci çempionat oyununu keçirib. O bu matçlarda 11 qol vurub.
“Keşlə” ilə görüşdə komandasına penaltidən qələbə qazandıran Emin Mahmudov isə, “Neftçi”də, ümumilikdə, 10-cu dəfə fərqlənib. Azərbaycan kuboku və Avropa liqasında bir qolu olan yarımmüdafiəçi ölkə çempionatında hesabını 8 topa çatdırıb.
Kapitanın “ağ-qaralar”da ilk qolu 2017-ci il noyabrın 19-na təsadüf edib. Yarımmüdafiəçi “Qəbələ” ilə premyer liqanın ev görüşündə (2:3) qol sevinci yaşayıb.