MOİK-in baş məşqçisi kuboka erkən vida etmələrindən danışdı

Azərbaycan Kubokunun 1/16 final mərhələsində MOİK klubunu məğlub edən “Turan Tovuz” adını 1/8 final mərhələsinə yazdırdı. Allsprot.az xəbər verir ki, 1:2 hesabıyla uduzan “hərbçilər”in baş məşqçisi Şamil Adilov bunları söyləyib:

“Oyun bərabər səviyyədə keçdi. İkinci hissənin ortalarında bir qədər üstünlük ələ keçirdik. Bu da rəqibin 10 nəfər qalması ilə bağlı idi. Oyun barədə geniş danışmaq istəmirəm. Sadəcə, rəqibə çempionatda və kubokda uğurlar arzu edirəm”.

Həmin kateqoriyadan