- Baxış sayı: 56
- 25 Yanvar 2026 10:21
- Baxış sayı: 183
- Yanvar 29, 2026
- 0

Azərbaycan güləş federasiyası (AGF) müxtəlif sahələrin inkişaf etdirilməsi üçün yeni layihələrin həyata keçirilməsini planlaşdırır.
Allsport.az xəbər verir ki, müxtəlif layihələrlə bağlı AGF-nin ofisində MOK rəsmiləri ilə görüş keçirilib. MOK-un beynəlxalq proqramlar idarəsinin müdiri Ceyhun Rəhmanovla keçirilən görüş zamanı bir sıra strateji əhəmiyyətli məsələlər müzakirə olunub. Məşqçilər üçün beynəlxalq təlim və sertifikasiya proqramlarında iştirak imkanları, müxtəlif ölkələrin təcrübəsinə əsaslanan milli idman sistemlərinin təkmilləşdirilməsi modelləri, eləcə də gənc atletlərin inkişafına yönəlmiş beynəlxalq layihə və proqramlara qoşulma perspektivləri ətraflı şəkildə dəyərləndirilib.