- Baxış sayı: 39
- 22 Noyabr 2024 22:48
- Baxış sayı: 95
- Noyabr 21, 2024
- 0
Norveçin RB media qrupu “Qarabağ” – “Mölde” qarşılaşması öncəsi çempionlar liqası 3-cü ələmələrinin və Larnaka səfər şərtlərin futbol mütəxəsisləri ilə müzakirəyə çıxarıb. Allsport.az saytı xəbər verir ki, oyunun bitərəf meydana təyin edilməsi qarşı tərəfin “köhlən atlar” səddini keçə biləcəyi ehtimalını gücləndirib.
Onları narahat edən tək şey Larnakada havaların müsbət 35-40 dərəcələrdə seyr etməsidir. Soyuq quzey şəhərinin futbolçuları bu qədər isdi havalarda oynamağa alışqan deyil. Norveçlilər “Qarabağ”ın böyük klub olduğunu, çempionlar liqası qrupu təcrübəsinin olduğunu qeyd etsələr də, “Mölde”nin rəqibi aşacağına inanırlar.
Xatırladaq ki, ilk mərhələdə Finlandiya çempionu “KuPs”u 5:0, 2-ci təsnifatda Slovenyanın qızıl medalçısını 1:0 yenərək “Qarabağ”a rəqib olan “ağ-mavilər” avrokubok təcrübəsi olan Skandinaviya klublarından biridir. 2015-ci il Avropa liqasının “A” qrupunda “Fənərbağça”nı Qadıköydə 3:1 məğlub edən “Mölde” pley-off öncəsi kifayət qədər iddialı, ciddi və çətin rəqibdir.
Sözü gedən matçı RB media qrupunun rbnett.no saytı canlı yayımlayacaq.
Mansur DADAŞ, İsveç