- Baxış sayı: 39
- 22 Noyabr 2024 22:48
- Baxış sayı: 95
- Noyabr 21, 2024
- 0
Moldenin RB radiosu “Qarabağ” – “Mölde” oyunu öncəsi klublarının imkanlarını dəyərləndirib. Allsport.az saytı xəbər verir ki, idman proqramının müəllifi 2 jurnalist həmkarı ilə söhbətə “”Qarabağ” adını necə ifadə etmək lazımdır?” sualıyla başlayıblar.
İyun ayı Norveçin 550 KİV organın müsabiqəsinə qatılan “Lokal” media orqanı RB ən yaxşı idman xəbəri və bir də “Vikinq Skay” məqaləsiylə “İlin ən yaxşı məqaləsi” nominasiyasını qazanıb. Millətçi xarizması olan RB-in cavabdeh redaktoru Ole Byörner Loe Velde həm də bu radioda idman panelinin müəllifi və aparıcısıdır.
O, “Qarabağ”la oyuna həsr edilən verilişə qonaqlara Azərbaycan klubunu tanımağa “onların adı necə ifadə edilməlidir, “Karabagg”, “Kuarabajs”, yoxsa “Karabag”?…” sualıyla başlayıb.
Söhbətin ilk 10 dəqiqəsini “Qarabağ”ın Avropa təcrübəsindən və uğurlarından danışan jurnalist üçlüyü, qitə miqyaslı turnirlərdə klubumuzun məğlubiyyətlərindən danışıb, san ki tək “Şerif”i məğlub edə biləcək bir komanda imici yaradıblar.
“Qarabağ” adını doğru ifadə edə bilmələrinə rəğmən, hər səfərində məsxərəyə qoyaraq ciddiyətdən kənarlaşıb, ifadə etdikləri şəklə gülüb, ələ salıblar.
Mansur DADAŞ, İsveç