“Monako” ulduzu üçün qiymət qoydu

“Monako”nun gənc ulduzu Lamin Kamara üçün “Çelsi”, “Liverpul” və “Mançester Yunayted” mübarizə aparır.

Allsport.az xəbər verir ki, Fransa klubu seneqallı futbolçu üçün 65-75 milyon avro tələb edir.

Bazar dəyəri 35 milyon avro olan 22 yaşlı yarımmüdafiəçi bu mövsüm 25 matçda 4 məhsuldar ötürmə edib. “Monako” futbolçunu daha baha satmaq üçün transferdə tələsmək niyyətində deyil.

Həmin kateqoriyadan