- Baxış sayı: 35
- 27 Mart 2026 21:10
- Baxış sayı: 41
- Mart 27, 2026
- 0

“Fənərbağça”nın baş məşqçisi Joze Mourinyu “Barselona”nın yarımmüdafiəçisi İlkay Gündoğanı komandasına gətirməkdə maraqlıdır. Allsport.az saytı xəbər verir ki, Türkiyə klubu 33 yaşlı futbolçunu İstanbula köçməsinə ümid edir.
Gündoğan 2023-cü ilin yayından Kataloniya klubunda çıxış edir. Bu müddət ərzində yarımmüdafiəçi bütün turnirlərdə 51 matçda iştirak edib, 5 qol vurub, 14 məhsuldar ötürmə edib. Futbolçunun klubla hazırkı əmək müqaviləsi 2025-ci ilin yayına kimi nəzərdə tutulub.