Mövsümün 200-cü qolunu bu futbolçu vurub

Topaz premyer liqasında mövsümün 200-cü qolu vurulub. Allsport.az saytı xəbər verir ki, bu, 22-ci turun “Sumqayıt” – “Qarabağ” oyununa təsadüf edib. 

Qonaqların 6:0 hesabı ilə qalib gəldiyi matçda vurulan sonuncu top mövsümdə 200-cü olub. Yubiley qoluna 84-cü dəqiqədə Abdullah Zubir vurub. Vurulan 200 qol 22 turun 86 görüşünə (digər iki oyunda texniki nəticə qeydə alınıb) təsadüf edib. Çempionatda orta məhsuldarlıq 2,33-ə bərabərdir.

Qeyd edək ki, mövsümdə ilk qolu 1-ci turun “Sumqayıt”la oyununda (2:0) “Neftçi”nin futbolçusu Mirabdulla Abbasov, 50-ci qolunu “Səbail”lə 6-cı turda (4:0) onun sabiq komanda yoldaşı Dario Frederiko vurub.

100-cü top 11-ci turun “Qəbələ” – “Qarabağ” görüşündə (1:3) hesabı açan Ceyms Adeniyinin aktivinə yazılıb. 150-ci qol isə 17-ci turun “Neftçi” – “Keşlə” qarşılaşmasında (2:0) hesabı açan Emin Mahmudovun hesabındadır.

Həmin kateqoriyadan