- Baxış sayı: 33
- 29 Noyabr 2024 22:22
- Baxış sayı: 146
- Noyabr 28, 2024
- 0
AFFA intizam komitəsinin iclası keçirilib. Allsport.az xəbər verir ki, bu gün keçirilən iclasında premyer liqanın 1-ci turu ilə bağlı aşağıdakı qərarlar qəbul olundu:
“Neftçi” – “Səbail” oyununda “Neftçi” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur;
“Sumqayıt” – “Keşlə” oyununda “Keşlə” klubunun 3 nömrəli futbolçusu Tərlan Quliyev sifariş vərəqəsində qeyd olunmuş nömrəsindən fərqli nömrəli formada meydançaya çıxdığı üçün klub 800 manat cərimə olunur;
“Qəbələ” – “Zirə” oyununda təcili yardım nümayəndəsi təyin olunan vaxtda oyun öncəsi iclasda iştirak etmədiyi üçün meydan sahibi klub 400 manat cərimə olunur;
“Qəbələ” – “Zirə” oyununda topdaşıyan şəxslərin yaş həddi pozulduğu üçün meydan sahibi klub 800 manat cərimə olunur;
“Zirə” klubunun 21 nömrəli futbolçusu Hacıağa Hacılı qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur.