- Baxış sayı: 10
- 31 Mart 2026 13:03
- Baxış sayı: 634
- Mart 30, 2026
- 0

Azərbaycan kubokunda mövsümün ilk qolsuz oyunu baş tutub. Allsport.az saytı xəbər verir ki, yarımfinalın ilk görüşlərində baş tutan “Sumqayıt” – “Zirə” matçı 0:0 hesabı ilə nəticələnib. Bu qarşılaşmayadək keçirilən 13 oyunun hamısında qol qeydə alınıb.
Ötən – 2017/18 mövsümündə də 0:0 hesabı qeydə alınmamışdı. Sonuncu dəfə belə hesaba 2016/17 mövsümündə, indiki kimi yarımfinalda təsadüf olunub.
“Qarabağ”la “Neftçi” arasında cavab oyununda qapılara qol vurulmayıb. 2017-ci il aprelin 5-də baş tutan həmin matçdan 748 gün sonra kubok görüşü qolsuz yekunlaşıb.