- Baxış sayı: 14
- 01 Aprel 2026 14:37
- Baxış sayı: 809
- Mart 30, 2026
- 0

Premyer liqada 2020/21 mövsümünün ilk qolu vuruldu. Allsport.az xəbər verir ki, mövsümün Sumqayıtda keçirilən açılış oyununda Azər Salahlı əlamətdar topun müəllifi kimi tarixə düşdü. O, “Sumqayıt” – “Keşlə” görüşünün (0:1) 90+4-cü dəqiqəsində fərqləndi.
Azərbaycan çempionatlarında sonuncu qol 166 gün öncə – martın 8-də vurulub. Həmin qolu “Keşlə” ilə səfər matçının (2:0) 87-ci dəqiqəsində “Qarabağ”ın xorvatiyalı yarımmüdafiəçisi Filip Ozobiç vurub. Həmin görüşdən sonra 165 günlük fasilə yaranıb.