- Baxış sayı: 73
- 31 Oktyabr 2024 19:37
- Baxış sayı: 124
- Noyabr 25, 2024
- 0
2015/16 mövsümünün son oyunu rekordla əlamətdar olub. Allsport.az saytı xəbər verir ki, Azərbaycan kubokunun “Qarabağ”la “Neftçi” arasında final görüşü ölkəmiqyaslı yarışlarda mövsümün ən çox tamaşaçı toplayan matçı olub. Ağdam təmsilçisinin əlavə vaxtda 1:0 hesabı ilə qalib gəldiyi oyunu 23000 azarkeş izləyib.
Bunadək başa çatan 2015/16 mövsümünün rekordu Premyer Liqada qeydə alınmışdı. Bu il fevralın 14-də Gəncədə keçirilən “Kəpəz” – “Qarabağ” görüşündə (1:2) 20400 tamaşaçı toplaşmışdı. Tofiq Bəhramov adına Respublika stadionundakı matçda bundan 2600 azarkeş artıq olub. Başa çatan mövsümdə finaladək ən çox tamaşaçı toplayan kubok matçı isə 1/4 finala təsadüf edib. “Xəzər Lənkəran”la “Neftçi” arasındakı ilk görüşü (3:2) Lənkəran şəhər stadionunda 4500 azarkeş izləyib.
Respublika stadionundakı matçda qeydə alınan nəticə Azərbaycan kuboku tarixinin 3-cü göstəricisidir. 2009/10 mövsümünün elə bu stadiondakı finalında “Bakı” – “Xəzər Lənkəran” qarşılaşmasını (2:1) rekord sayda – 26000 azarkeş izləmişdisə, 2010/11 mövsümünün “İnter”lə “Xəzər Lənkəran” arasında həlledici matçında (1:1, pen. 2:4) 24000 tamaşaçı toplaşmışdı.