Mövsümün son cəzaları

AFFA intizam komitəsinin növbəti iclası keçirilib. Allsport.az saytı xəbər verir ki, aparılan müzakirədən sonra premyer liqanın 28-ci turunun oyunları ilə bağlı aşağıdakı qərarlar çıxarılıb:

“Səbail” – “Keşlə” matçında “dənizçilər”in 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub. Oyunun 51-ci dəqiqəsində “Keşlə”nin futbolçusu Edvinas Girdvainis ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 200 manat cərimə olunub.

“Sumqayıt” – “Qəbələ” matçında qonaqların 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimələnib.

“Neftçi” – “Qarabağ” matçında “köhlən atlılar”ın 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə edilib.

Həmin kateqoriyadan