- Baxış sayı: 57
- 03 Dekabr 2025 19:23
- Baxış sayı: 147
- Dekabr 04, 2025
- 0

Milli paralimpiya komitəsində (MPK) yeni təyinat olub.
Allsport.az xəbər verir ki, Şahin Kazımzadə MPK-nin prezidentinin müşaviri təyin edilib.
1978-ci ildə Bakıda idmançı ailəsində anadan olan Ş.Kazımzadə Azərbaycan dövlət neft və sənaye universitetində təhsil alıb. O, 1998-ci ildən əmək fəaliyyətinə başlayıb. Daha əvvəl idman sahəsində Azərbaycan gimnastika federasiyası və Bakı gimnastika məktəbində müxtəlif rəhbər vəzifələrdə çalışıb.
Eləcə də, Azərbaycan televiziyası (AZTV) və Azərbaycan dövlət informasiya agentliyi (AZƏRTAC) daxil olmaqla, media sahəsində də fəaliyyət göstərib.