- Baxış sayı: 55
- 19 Dekabr 2025 19:38
- Baxış sayı: 135
- Dekabr 19, 2025
- 0

“Qarabağ”dan ayrılan Muarem Muaremin yeni komandası bəlli olub. Allsport.az xəbər verir ki, makedoniyalı yarımmüdafiəçi gözlənildiyi kimi Türkiyənin “Əskişəhərspor” klubuna transfer olub.
Futbolçu yeni klubu ilə 3 illik müqavilə imzalayıb. O, yeni komandasına azad agent statusu ilə keçib.
Təqdimetmə mərasimində çıxış edən Muarem bunları söyləyib: “Əskişəhərspor”da önəmli uğurlar qazanmaq istəyirəm. Qış fasiləsindən bəri komandanın bütün oyunlarını izləyirəm və buraya gəldiyim üçün xoşbəxtəm”.